PKK rəhbəri ABŞ-a səsləndi: “Ən sadiq müttəfiqinizik, bizi Türkiyədən qoruyun!”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Suriyanın şimalında quruda antiterror əməliyyatına başlayacağıni bəyan eləməsi regiondakı terrorçuları bir daha narahat edib. YPG/PKK terror təşkilatının başçılarından olan Məzlum Kobani özlərinin Vaşinqtonun “ən sadiq müttəfiqi” olduqlarını söyləyib, “Bizi unutmayın” çağırışı edib, Türkiyənin qarşısının alınmasını tələb edib.
Kobani “Vaşinqton Post” qəzetindəki “Amerikanın Suriyadakı ən sadiq müttəfiqiyik. Bizi unutmayın” başlıqlı məqaləsində PKK-ya tırlarla silah-sursat verən ABŞ-a gileylənib: “Türkiyə bu il SDQ-dəki və rəhbər heyətimizdəki bir çox həmkarımıza qarşı sui-qəsd təşkil edib”.
Qeyd edək ki, Məzlum Kobani bir çox terror altının təşkilatçısı kimi Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verilib. Əsl adı Ferhat Abdi Şahin olan Məzlum Kobani hazırda həbsdə olan Abdullah Öcalanın “mənəvi oğlu” hesab edilir.
Hürr Tərcüman