PKK terrorçuları təslim oldular
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, PKK terrorçuları Türkiyə dövlətinə təslim olmağa davam edirlər. Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, daha iki PKK terrorçusu təslim olduğunu bildirib. Onların təşkilata 2015 və 2021-ci illərdə qoşulduqları, son zamanlara qədər Türkiyə və İraq ərazilərində fəaliyyət göstərdikləri bəlli olub.
Bu il ərzində könüllü şəkildə dövlətə təslim olan terrorçuların sayı 176 nəfərə çatıb.
Türkiyə Prezidenti R.T.Ərdoğan öz çıxışında PKK-nın fəaliyyətə başladığı 1984-cü ildən 2020-ci ilin martına qədər təşkilatın qanlı cinayətləri nəticəsində Türkiyənin 7500 nəfər təhlükəsizlik orqanları əməkdaşının və 6800 nəfər dinc sakinin həlak olduğunu söyləmişdi.
ABŞ ilə Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.
PKK son illərdə öz qanlı cinayətlərinə görə məsuliyyəti regiondakı şaxələrinin üzərinə atmağa çalışır.
Suriyada PKK terrorçuları PYD və YPG adları ilə fəaliyyət göstərirlər, son iki il ərzində isə özlərini “Suriyanın demokratik qüvvələri” adlandırırlar.
Hürr Tərcüman