Planetin ən yaşlı sakininin kimliyi bəlli oldu
Hurriyyet.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının verdiyi məlumata görə, İspaniyadan olan 115 yaşlı qadın hazırda dünyanın ən yaşlı sakini hesab edilir.
Hazırda Kataloniyada yaşayan Mariya Brune Moreranın 115 yaşı var, 1907-ci il martın 4-də San-Fransiskoda anadan olub, 1907-ci ildə, 8 yaşında ikən ailəsi ilə birlikdə İspaniyaya köçüb. Ginnesin Rekordlar Kitabının xəbərinə görə, xanımın səhhəti qaydasındadır. O, uzunömürlülüyünün sirrinin ailəsi və dostları ilə mehriban yaşamaqda, sakitlikdə, səliqə-səhmanda, təbiətdə vaxt keçirməkdə, qayğısız olmaqda, nikbinlikdə və “toksik adamlardan qaçmaqda” olduğunu söyləyib.
Yanvarın 17-də fransız rahibə Lüsil Randon (onu həm də Andre bacı kimi tanıyıblar) 118 yaşında vəfat etdikdən sonra Morera hazırda planetdə yaşayanlar arasında ən yaşlı sakin hesab edilir.
Hürr Tərcüman.