📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Poçt direktoru nazir müavini təyin olundu

2025-05-01 15:17:09

Poçt direktoru nazir müavini təyin olundu

Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.

Hurriyyet.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına əsasən, bu vəzifəyə Azər Şahverdi oğlu Məmmədrəhimov təyin olunub. Ona nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini isə Rahid Ələkbərli icra edib.

Qeyd edək ki, A. Məmmədrəhimov 2024-cü ilin avqustundan cari tarixə qədər “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.