Poçt dronları istehsal ediləcək
2023-05-02 18:18:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu ildən etibarən Rusiyada poçt dronları istehsal ediləcək. Onların köməyi ilə ucqar məntəqələrə poçt göndəriləcək. Poçt dronları Rusiyada istehsal edilərək bu il bazara çıxarılacaq. Bu barədə məlumatı “Rusdronoport” şirkətinin baş direktoru Nikolay Ryaşin verib. Tədarükçü dron 5 kiloqramadək yük qaldıra və 15 kilometrədək məsafə qət edə bilər. PUA-nın batareyası avtomatik olaraq poçt məntəqəsində dəyişiləcək. Dronların idarəsi üçün xüsusi proqram hazırlanıb, bir nəfər operator 7 ədəd PUA-nı birdən izləyə biləcək.
Hürr Tərcüman