📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Poçt tarifləri artırılır? - Rəsmi

2024-01-25 12:38:57

Poçt tarifləri artırılır? - Rəsmi

Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur.

Hurriyyet.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

"Xərclərimizin 60%-ni işçilərin əmək haqqı təşkil edir. Minimum əmək haqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil", - deyə o qeyd edib.

axar.az