Podolyak: RF-nin ölçüsü azalmalı, fərqli adı və bayrağı olmalıdır
2023-08-04 15:31:00
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Podolyak bildirib ki, RF-nin ölçüsü azalmalı, fərqli adı və bayrağı olmalıdır.
“Rusiyanı rebrendinq etmək lazım olacaq. Onlar üçün başqa bir ad tapmalı, ritorikanı dəyişdirməli və ölçüsünü kiçilməlidir. Bu, əsas vəzifədir... Biz ödədiyimiz qiyməti dərk edərək yolun ortasında sına bilmərik. Çünki bu gün Rusiya məsələsini biryolluq həll etmək mümkündür. Əgər bu edilməsə, Rusiya Federasiyası son dərəcə aqressiv formada mövcud olmağa davam edəcək...”, deyə "Rada" telekanalının efirində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Podolyak bildirib.
Ülviyyə, Hurriyyet.az