Pol Qobl: Bakı və Tehran Azərbaycanla Naxçıvanı İran vasitəsilə birləşdirən dəmir yolu haqqında razılaşmadan hələ də uzaqdır
“Bakı və Tehran Azərbaycanla Naxçıvanı İran vasitəsilə birləşdirən dəmir yolu haqqında razılaşmadan hələ də uzaqdır”. Bunu “Eurasia Review” saytında amerikalı siyasi analitik Pol Qobl yazır.
Tanınmış politoloq “Yaranmış rezonansa baxmayaraq, Bakı və Tehran Azərbaycan və Naxçıvanı İran vasitəsilə birləşdirən dəmir yolu haqqında razılaşmadan hələ də uzaqdır” başlıqlı məqalə ilə çıxış edib.
Analitikin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səmhdar Cəmiyyətinin rəhbəri Rövşən Rüstəmov İranın dəmir yolu administrasiyasının rəhbəri Cabbarəli Zakeri Sərdrudi ilə görüşündən sonra deyib ki, İran ərazisindən Naxçıvana dəmir yolu çəkilməsi barədə razılığa gəlib, ancaq ekspertlər əsas məsələdə tərəflərin hələ də bir-birindən uzaq olduqlarını deyirlər.
“Maliyyələşdirmə, tikintinin rəhbərliyi və texniki aspektlər kimi məsələlər önə çıxır. İkincisi İranın bölgədə dəmir yolları olmadığı üçün onun tikintisinə kimin rəhbərlik edəcəyi barədə də razılıq yoxdur”, deyə məqalədə qeyd edilib.
Ülviyyə, Hurriyyet.az