📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polad Həşimovun xanımı bu qurumda işə qəbul olundu

2022-03-28 11:07:00

Polad Həşimovun xanımı bu qurumda işə qəbul olundu

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya vəzifə verilib. 

Hurriyyet.az xəbər verir ki, o, təhsil naziri Emin Əmrullayevin əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində işə qəbul olunub.

Qeyd edək ki, O. Salmanova ixtisasca riyaziyyat müəllimidir və daha əvvəl orta məktəblərdən birində bu fənni tədris edib.