📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis əməkdaşı ağır qəza törətdi: ölən var

2021-11-22 14:14:00

Polis əməkdaşı ağır qəza törətdi: ölən var

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda polis əməkdaşının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

Hurriyyet.az məlumatın mətnini təqdim edir:

"Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır".