Polis əməkdaşı vətəndaşa 200 MİN MANAT "ATIB" - MASALLI SAKİNİNDƏN İDDİA
"Anar Qurbanlı telefonların pulundan 3700 manat ödəsə də, yerdə qalan 174500 manatı ozünün Masallı Rayon Dövlət Yol Polisi bölməsində və qardaşının Lənkəran Şəhər Dövlət Yol Polisi bölməsində işləməsindən istifadə edərək ödəmir"
Bu gün Hurriyyet.az-a müraciət edən Masallı rayon sakini Əsəd Qacar oğlu Əzizov qardaşı Sərdar Əzizovun Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Anar İsmayıl oğlu Qurbanlı tərəfindən aldadılaraq, 200 min manata yaxın vəsaitinin mənimsənildiyini bildirib.

Şikayətçinin sözlərinə görə, Masallı Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşı Anar Qurbanlı müxtəlif vaxtlarda Sərdar Əzizovdan 79 ədəd "İpone 13 Pro" və "2 ədəd Samsung" markalı telefon alsa da, onların pulunu ödəməkdən imtina edir: "Anar Qurbanlı Lənkəran Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi bölməsində işləyən qardaşı Afiq İsmayıl oğlu Qurbanlı ilə birlikdə polisdə işləmələrinə baxmayaraq, telefon alqı-satqısı ilə məşğul olurlar. Qeyd edim ki, bu barədə "whatsap" yazışmaları və Anar Qurbanlı tərəfindən göndərilmiş səs yazıları mövcuddur. Anar Qurbanlı qardaşımdan 79 ədəd "İpone 13 Pro" və "2 ədəd Samsung" markalı telefon alsa da, onların pulunu indiyədək ödəmir. Bildirim ki, bir telefonun dəyəri 2200 manat təşkil edir. Anar Qurbanlı telefonların pulundan 3700 manat ödəsə də, yerdə qalan 174500 manatı ozünün Masallı Rayon Dövlət Yol Polisi bölməsində və qardaşının isə Lənkəran Şəhər Dövlət Yol Polisi bölməsində işləməsindən istifadə edərək ödəmir".
.jpg)

Əsəd Əzizov iddia edir ki, özü və qardaşı sözügedən problemlə bağlı həm Masallı Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşı Anar Qurbanlıya, həm də müvafiq qurumlara müraciət etsələr də, məsələ öz həllini tapmayıb: "Anar Qurbanlıya dəfələrlə müraciət etsək də o, "Hara şikayət edirsiniz edin, telefonların pulunu ödəməyəcəm", deyə cavab verir. O və qardaşı Afiq Qurbanlı hüquq-mühafizə orqanında işləmələrindən istifadə edərək, bizi təhdid edirlər. Açıq-açkar şəkildə deyir ki, polis əməkdaşıyam və mənə heç kim heç nə edə bilməz. Qeyd edim ki, biz bu barədə ölkə başçısı İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya müraciət etmişik. Lakin bunun da heç bir faydası olmayıb. Belə ki, Daxili İşlər Nazirliyindən məsələnin araşdırılması üçün Masallı rayonuna göndərilən əməkdaş Anar Qurbanlının keçmiş rəisi olub və buna görə də həmin şəxs işi bağlayıb getdi. Biz Anar Qurbanlının polis əməkdaşı olmasına baxmayaraq, bizneslə məşğul olmasına və qardaşıma külli miqdarda vəsait borcu qalmasına dair əlimizdə sübutların olduğunu bildirsək də, Daxili İşlər Nazirliyindən gələn həmin şəxs bunlara əhəmiyyət verməyib. Bununla bağlı Baş Prokurorluğa da müraciət etdik də demək olar ki, eyni mənzərə ilə qarşılaşdıq. Yəni, "Araşdırma aparılacaq" deyilsə də, işi Masallı Rayon Prokurorluğuna göndəriblər, orda isə işi bağlayıblar. Bir sözlə, hara müraciət ediriksə, işi Masallı Rayon Polis Şöbəsinə göndərirlər, orda isə deyirlər ki, sübut yoxdur. Halbuki, əlimizdə kifayət qədər sübut var, sadəcə onları araşdıran yetkili şəxs yoxdur! Odur ki, sizin vasitənizlə yenidən müvafiq qurumlara müraciət edir, onlardan qardaşım Sərdar Əzizovun pulunun Anar Qurbanlı və qardaşı tərəfindən qaytarılmasına köməklik göstərmələrini xahiş edirəm".
Hurriyyet.az