📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis gücləndirilmiş iş rejiminə keçdi

2026-03-27 21:44:18

Polis gücləndirilmiş iş rejiminə keçdi

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri hazırda davam etdirilir.