📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis kənar dairəvi yolda Fərid adlı uşaq aşkarlayıb - Valideynləri axtarılır

2026-01-30 15:01:11

Polis kənar dairəvi yolda Fərid adlı uşaq aşkarlayıb - Valideynləri axtarılır

Bakıda itən azyaşlının valideynləri axtarılır. 

Bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıb:

"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".