📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis kuryeri təhqir etdi, döydü: "İstəyirsən qaç, güllələyəcəyəm"- VİDEO

2022-04-11 23:36:00

Polis kuryeri təhqir etdi, döydü:

İzmirdə motosikletçi yol polisi tərəfindən saxlanılarkən aralarında gərgin dialoq yaşanıb.

Kuryerlə polis arasında yaranan gərginlik tezliklə mübahisəyə çevrilib. Kuryerdən sürücülük vəsiqəsini istəyən polis həmin şəxsin "Açarımı versən, sürücülük vəsiqəmi də verəcəm. Narahat olma qaçmayacağam" deməsindən sonra əsəbiləşib.

Polis kuryerə "İstəsən qaçmağa çalış, güllələyəcəm" dedikdə həmin anlar mobil telefonla lentə alınıb. Video tez bir zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

 

 

Milli.Az