📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis mayoru bu səbəbdən İŞDƏN ÇIXARILDI

2021-12-29 19:14:00

Polis mayoru bu səbəbdən İŞDƏN ÇIXARILDI

Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlqar Süleymanov vəzifəsindən azad olunub.

Bununla bağlı daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməliyyat müvəkkili İlqar Süleymanov daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, İ. Süleymanov bundan əvvəl Gəncə Beynəlxalq Hava Limanında Xətt rayon Polis Şöbəsinin rəisi olub. O, bir neçə ay əvvəl Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təyinat almışdı. \\Ölkə.Az