Polis müəllimə bıçaqla xəsarət yetirən məktəblini saxlayıb
2026-01-12 14:04:06
Hurriyyet.az xəbər verir ki, Kiyev polisi məktəbdə müəllimə və sinif yoldaşına bıçaqla hücum edən 14 yaşlı ukraynalı oğlanı saxlayıb. Bu barədə Kiyev polisinin mətbuat xidməti Telegram-da məlumat yayıb.
"İlkin məlumata görə, şagirdlərdən biri məktəbə bıçaqla gələrək müəllimə və sinif yoldaşına hücum edib. (...) Hücum edən şəxs saxlanılıb və polis hadisə yerində işləyir", - deyə məlumatda bildirilir.
Hurriyyet.az