📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis Nəsimi rayonunda soyğunçuluq edən iki nəfəri saxlayıb

2026-01-08 09:33:45

Polis Nəsimi rayonunda soyğunçuluq edən iki nəfəri saxlayıb

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb. Hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar. 

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.