📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis rəisinə qarşı yarım milyonluq DƏLƏDUZLUQ - ŞOK DETALLAR/FOTO

2023-12-02 22:10:28

Polis rəisinə qarşı yarım milyonluq DƏLƏDUZLUQ - ŞOK DETALLAR/FOTO

Türkiyədə keçmiş bank əməkdaşı Seçil Erzan işində zərərçəkənlər arasında polis rəisi də var.

Həmin şəxs Tekirdağ vilayəti Çorlu qəsəbəsinin polis rəisi Hüseyn Eligüldür. Məlumata görə, o, dələduz bank işçisinə 500 min dollar pul verib.

Eligül ifadəsində, “Seçilə güvənərək bir neçə dəfə fonda yatırması üçün pul verdim. Pulları hissə-hissə geri qaytardı. Fəqət qalan hissəni ala bilmədim” deyib.

Qeyd edək ki, S. Erzan 11 il ərzində çoxlu sayda futbolçu, iş adamı və yaxınlarına “Fond” vasitəsilə yüksək pul qazanacaqlarını deyərək, onların külli miqdarda pullarını ələ keçirib. Onun 226 il həbsi istənilib. Hazırda araşdırmalar davam edir.

Referans.az