📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polis yenə Manaf Ağayevi saxladı

2022-04-19 19:16:00

Polis yenə Manaf Ağayevi saxladı

Məşhur müğənni Manaf Ağayev qayda pozaraq cərimələnib.

Paytaxt küçələrindən birində qayda pozan Manaf Ağayev Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb və cərimələnib. Onun hansı qaydanı pozuğu bilinməyib.
Manaf Ağayev hadisə barədə açıqlama verib: "İnsan var ki, gündə bir neçə dəfə cərimələnir. Yəni hər bir adam cərimələnə bilər. Burda qeyri adi heç nə yoxdur. Yaddan çıxar kəmər taxmaya bilərsən, hansısa dönmə işarəsini yandırmaya bilərsən, cərimələnərsən. Burda heç qeyri bir şey yoxdur." \Yenilik.az