Polis yol qəzasında həlak oldu
2023-09-26 19:58:24
Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.
Sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır. \\APA