📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polisə silahlı müqavimət göstərən şəxsə ATƏŞ AÇILDI

2023-03-03 09:00:00

Polisə silahlı müqavimət göstərən şəxsə ATƏŞ AÇILDI

Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. 

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.