📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polislə jurnalist arasında mübahisə: "Başın bədəninə ağırlıq eləməsin" - Video

2022-11-12 10:19:00

Polislə jurnalist arasında mübahisə:

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirib.

Hurriyyet.az yeniavaz.com-a istinadən xəbər verir ki, aksiyada polislə jurnalist arasında mübahisə yaşanıb.

Belə ki, polis kapitanı "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli ilə mübahisəsində “başın bədəninə ağırlıq eləməsin” ifadəsi jurnalistlərin etirazına səbəb olub. Media nümayəndələri polisin işlətdiyi bu sözün izahını tələb ediblər.

Həmin görüntüləri təqdim edirik: