"Politico": Ermənistanla Gürcüstan Rusiyanın sanksiyalardan yan keçməsinə yardım edir
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru O'Brayen, müasir silahların yaradılması üçün çiplərin və prosessorların ixracına toxunaraq, "Politico"ya bildirib ki, ABŞ Ermənistanı Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkə siyahısına salıb.
ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayenin sözlərinə görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 5 ölkə müəyyən edib ki, onlardan biri də Gürcüstandır.
Bu siyahıya Türkiyə, Qazaxıstan, BƏƏ və Ermənistan da daxildir.
“Rusiyanın müharibə maşını üçün ehtiyac duyduğu əsas çiplərin və elektronikanın ixracı müharibədən əvvəlki səviyyəyə qayıtdı, çünki Rusiya sanksiyalardan yayınmağa nail oldu.
Bu ilin əvvəlində Rusiyada elektronikanın müəyyən əsas kateqoriyalarının idxalı təxminən müharibədən əvvəlki səviyyəyə çatdı, söhbət müasir silahların yaradılması üçün zəruri olan çiplərdən, prosessorlardan və inteqral sxemlərdən gedir”, deyə ABŞ rəsmisi bildirib.
Ülviyyə, Huriyyet.az