Politoloq: İmzalanan sənədlərin hüquqi məsuliyyəti yoxdur
Praqa Ermənistanı sülhə gətirmək baxımından önəmli hadisə olsa da imzalanan sənədlərin hüquqi məsuliyyəti yoxdur. Sənədlərə nə Ermənistan nə Azərbaycan rəhbəri imzasını atıb.
Bu sözləri “Yeni Gundem”–ə açıqlamasında politoloq Orxan Vəliyev bildirib .O, sülhün imzalanmasından sonrada təxribatların davam edəcəyini bildirdi.
Bu təxribatlar ilk deyil, son deyil. Hansısa uzun araşdırmaya ehtiyac olmayandır. Paşinyan nə Ermənistan ordusuna nə dövlətinə tam hakim deyil. Ölkə klanların, xarici ölkələrin marağını güdən kalonların yaratdığı xaosda boğulur. Odur ki, əsl sülh müqaviləsi imzalansa belə, bu cür təxribatlar davam edəcək.
Orxan Vəliyev sənədlərin imzalandığı gündən məsələyə Moskova telekanallarının rəyinidə açıqladı:
Bəyanat hüquqi olmasa da yaxınlaşmağa, pozitiv enerji verir. Bəyanata kölgə salacaq hərbi-siyasi təxribatların olacağı gözlənilən idi. Çünki sənədlərin imzalandığı gündən Rusiya telekanallarında Moskvanın iştirakı olmadan Ermənistan-Azərbaycan arasında sülhün mümkünsüzlüyünü açıqlayan fikirlər səsləndirilməyə başlanıldı.
Fərahim RƏHİMOV