Politoloqdan özünü demokrat adlandıran yaramaz ünsürlərə TUTARLI CAVAB
Məhəmməd Əsədullazadə: "Onlar əbləhcə Rusiyanın mövqeyini şişirdərək, bildirirlər ki, guya Azərbaycan Kremlin razılığı ilə ərazi bütövlüyünü təmin edib, tutaq ki, edibsə ərazi itirməyib ki, suverenliyini bərpa edib"
"Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atıb. Yəni, artıq Ermənistanın gündəliyində Qarabağ məsələsi yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Rusiya prezidenti Vladimir Putinin də "Valday" beynəlxalq müzakirələr klubunda çıxışı zamanı Qarabağ məsələsinin bitdiyini bəyan etdiyini vurğulayan Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, artıq Rusiya sülhməramlı qüvvələri də Qarabağdan getməyə hazırlaşır: "Beləliklə, artıq Cənubi Qafqazda oyun qaydaları dəyişdi və prezident İlham Əliyev Türkiyə ilə birgə yeni siyasi nizam yaradıb. Özünü demokrat adlandıran bəzi siyasətçilər isə əbləhcə Rusiyanın mövqeyini şişirdərək, bildirirlər ki, guya Azərbaycan Kremlin razılığı ilə ərazi bütövlüyünü təmin edib. Tutaq ki, edibsə ərazi itirməyib ki, suverenliyini bərpa edib. Ad çəkmək istəmirəm, amma "Azadlıq" radiosuna müsahibə verən yaramaz ünsürlər hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Rusiya ilə bağlayırlar. Artıq Qarabağ məsələsi həll olunub, Rusiya sülhməramlı qüvvələri isə gedir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az