Polkovnik-leytenant haqda yeni QƏRAR
2026-03-23 16:46:51
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.
Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan 4 ay sonra həbs edilib.