📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polkovnik-leytenantın məhkəmədə ürəyi partlayıb öldü

2022-07-07 22:58:00

Polkovnik-leytenantın məhkəmədə ürəyi partlayıb öldü

Sumqayıtda qazi dünyasını dəyişib. 

Hurriyyet.az bildirir ki, bu barədə Lent.az-a jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib. 

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib:

"Qazi, polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov təqaüd kartında olan 100 manat pulunu bankomatdan çıxarmağa gedib. Lakin kartının bloklandığını görüb. Həmçinin onun bütün təqaüd pulunun məhkəmə tərəfindən borclarına yönəldiyi bildirilir. Bu səbəblərdən Ş. Məmmədov Sumqayıt şəhər Məhkəməsinə gedərək öz etirazını bildirib. Lakin bu zaman qəflətən ürəyi partlayaraq ölüb". 

​​