Polkovnik Vidadi Orucov vəfat etdi
2026-01-30 23:06:46
Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi Orucov vəfat edib.
Hurriyyet.org "Oxu.Az"-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında Moskvada dünyasını dəyişib.
Qeyd edək ki, Vidadi Orucov 1957-ci ildə Göygöl rayonunda anadan olub.
O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb.
Mərhum Göygöl rayonunda dəfn olunub.