Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
2026-10-22 17:35:22
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib.
Hurriyyet.net əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib.
Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisinin müavini idi. Amma ondan əvvəl elə FHN-də işləyib.
Bir müddət əvvəl onun yenidən FHN-də vəzifəyə gətirildiyi barədə məlumat yaymış amma hansı vəzifəyə qayıtdığı qeyd olunmurdu.