Polşa ABŞ-ın nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə razıdır
Duda: "Belarusda da Rusiyanın nüvə silahı yerləşdirilib"
Hurriyyet.az xəbər verir ki, Polşa Prezident Ancey Duda "Fakt" nəşrinə müsahibəsində ölkə hakimiyyətinin ABŞ-ın nüvə silahını öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirib.
Ancey Duda deyib: "Əgər bizim müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyini möhkəmləndirmək üçün "Nuclear Sharing" çərçivəsində nüvə silahını həm də bizim ölkənin ərazisində yerləşdirməyi qərara alarlarsa, biz buna hazırıq. Şimali Atlantika alyansının müttəfiqi olduğumuz üçün bununla bağlı bizim də öhdəliklərimiz var və deməli, sadəcə, ümumi siyasəti reallaşdırırıq".
Duda deyib: "Bu məsələ artıq bir müddətdir ki, Polşa-ABŞ danışıqlarının mövzusuna çevrilib. Artıq bir neçə dəfə bu barədə danışmışam. Etiraf edim ki, mənə bu barədə sual veriləndə, hazır olduğumuzu bəyan elədim".
Dudanın sözlərinə görə, Rusiya Kalininqrad vilayətini hərbi baxımdan getdikcə gücləndirir. Duda deyib: "Rusiya bu yaxınlarda o, öz nüvə silahını Belarusa yerləşdirdi".
Hürr Tərcüman