Polşa 100 milyon avroluq hərbi yardım edəcək - indiyə qədər milyardlarla avro xərclənib
2024-07-18 14:23:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Polşa Ukraynaya 100 milyon avro dəyərində növbəti hərbi yardım paketini təqdim etməyə hazırlaşır.
Bu xəbəri Polşanın milli müdafiə naziri Vladislav Kosinak-Kamış "Radio Zet" radiosunun efirində verib.
Nazir deyib: "Əldə etdiyimiz razılaşmaya görə, növbəti dəfə 100 milyon avro dəyərində silah və texnika Ukraynaya veriləcək".
"Onet" portalının məlumatına görə, Varşava indiyə kimi Kiyevə 4,5 milyard avroluq hərbi yardım göndərib.
Hürr Tərcüman