Polşa 100 nəfərə qədər miqrantın saxlanıldığını bildirib
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Polşanın Müdafiə Nazirliyi Belarus tərəfdən sərhədi pozmağa çalışan 100 nəfərə qədər miqrantın həbs edildiyini bildirib. Nazirlik bu açıqlamanı öz “Tvitter” səhifəsində verib. Açıqlamada deyilir: “Təqribən 100 nəfərdən ibarət miqrant qrupu asayiş qüvvələri tərəfindən saxlanılıb”.
Həmin şəxslərin gecə saatlarında sərhədi pozmağa cəhd elədikləri, Belarusun sərhədi pozmaqda onlara yardım elədiyi, miqrantların bir qisminin müxtəlif əşyalar atmaqla polşalı sərhədçilərin başını qarışdırdığı zaman digər qrupun başqa bir tərəfdən sərhədi keçməyə çalışdığı bildirilir.
Mətbuatın yazdığına görə, son dövrdə havaların soyuq keçməsi səbəbindən 10 nəfərə qədər miqrant həyatını itirib.
Hürr Tərcüman