📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa ABŞ-la hərbi-texniki əməkdaşlığı dərinləşdirir

2023-09-22 13:57:37

Polşa ABŞ-la hərbi-texniki əməkdaşlığı dərinləşdirir

Polşa ABŞ-la hərbi-texniki əməkdaşlığı dərinləşdirir. Belə ki, amerikalılar Polşa müdafiə sənayesinə məxfi texnologiyalara giriş imkanı verdilər.
Varşava yaxınlığındakı Zelyonkada yerləşən "Military Electronics Factory" (Wojskowe Zakłady Elektroniczne) ABŞ-dan kənarda Patriot raketdən müdafiə sistemlərində istifadə olunan PAC-3 raketləri üçün komponentlər istehsal edən yeganə müəssisə olacaq.
Beləliklə, Polşanın Vaşinqtonun hərbi müttəfiqi kimi əhəmiyyəti xeyli artır. Hazırkı Polşa rəhbərliyinin kursu ABŞ-la sıx hərbi-siyasi ittifaq qurmağa yönəlib ki, bu da ona Avropa İttifaqı daxilində qarşıdurmaya, lazım gələrsə, Berlin və Parislə münaqişəyə girməyə imkan verir.

Ülviyyə, Hurriyyet.az