Polşa-Belarus sərhədində ölüm hadisəsi
2021-11-13 17:28:00
Hurriyyet.az “TRT Haber” kanalına istinadən xəbər verir ki, Polşa-Belarus sərhədində gərginliyin artdığı bir dövrdə sərhədin Polşa tərəfində suriyalı bir gəncin cəsədi aşkar edilib. Gənc kişinin ölüm səbəbi barəsində açıqlama verilməyib.
Bundan əlavə, Polşa polisi sərhədi qanunsuz keçənlərə yardım etdikləri ittihamı ilə bir nəfər Polşa, iki nəfər Ukrayna vətəndaşını həbs edib.
Avropa İttifaqı ərazisinə daxil olmaq istəyən miqrantlar həyat üçün təhlükəli soyuq havada sığınacaqsız qalıblar.
Hürr Tərcüman