📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa Belarus sərhədindəki hasarı 181 kilometrə qədər uzadıb

2023-02-17 21:10:00

Polşa Belarus sərhədindəki hasarı 181 kilometrə qədər uzadıb

Hurriyyet.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsi Belarus sərhədindəki elektron maneələrin  54 kilometr uzadılaraq 181 kilometrə çatdırıldığını açıqlayıb.

Polşanın PAP xəbər agentliyinin məlumatına görə, keçən il minlərlə belarus Polşaya qanunsuz daxil olmağa cəhd edib.

Varşava böhranda Belarus hökumətini günahlandırıb və Belarusun Avropa İttifaqına (Aİ) asan çıxış vədi ilə Yaxın Şərq və Afrika mühacirlərini Polşaya göndərdiyini iddia edib.

Böhran nəticəsində Polşa hökuməti Belarusla sərhəddə sədd çəkməyi və sonra onu elektron müşahidə avadanlığı, o cümlədən, gecə görmə qabiliyyəti ilə təchiz etməyi qərara alıb.

Polşa Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada ölkənin Belarusla sərhədindəki elektron maneələrin 54 kilometr uzadılaraq, 181 kilometrə çatdırıldığı qeyd edilib.

Elektron maneənin 343 milyon zlotiyə (71,8 milyon avro) başa gələcəyi gözlənilir.

Hürr Tərcüman