📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa Belarusla sərhədə qoşun yığır

2023-08-08 16:58:00

Polşa Belarusla sərhədə qoşun yığır

Hurriyyet.az xəbər verir ki, Polşa Belarusla sərhədə əlavə min əsgər göndərəcək. Bu barədə məlumatı “Polsat” telekanalı yayıb. Qərarın “Polşa-Belarus sərhədindəki dinamik vəziyyətlə bağlı” verildiyi bildirilir.

Polşa Sərhəd Xidmətinin Baş komendantı Tomaş Praqa Milli Müdafiə Nazirliyinə müraciət edərək, Polşa-Belarus sərhədinə əlavə min nəfər əsgər göndərilməsini xahiş edib. Hazırda sərhəddə artıq 2000 nəfər Polşa əsgəri var.

Bəlli olduğu kimi, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları hazırda Belarusda yerləşdirilib.

Hürr Tərcüman