📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa dəhşətli silahın öz ərazisində yerləşdirilməsi üçün rəsmi müraciət etdi

2024-04-30 14:53:45

Polşa dəhşətli silahın öz ərazisində yerləşdirilməsi üçün rəsmi müraciət etdi

Hurriyyet.az xəbər verir ki, Polşa "Nuclear sharing" proqramında iştirak etmək üçün müraciət edərək, ABŞ-ın nüvə silahının öz ərazisində yerləşdirilməsini rəsmən tələb edib.
Bu barədə məlumatı Polşanın müdafiə nazirinin müavni Pavel Zalevski yerli televiziyanın efirində verib. 
Zalevski deyib: "Biz "Nuclear sharing" adlanan proqramdan danışırıq. Bu, NATO-nun proqramıdır. Lakin məsələn, Polşada yerləşdiriləcək nüvə silahının istifadə edilməsi qərarı və ona tam nəzarət amerikalılarda olacaq. Əlbəttə, bu proqram Avropada işləyir. Burada Belçika, İtaliya, Almaniya iştirak edirlər. Polşa da özünün bu proqramda iştirakına hazır olduğunu bəyan edib".
Hürr Tərcüman