📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa fermerləri Ukrayna ilə sərhəd məntəqəsinin qarşısında aksiya keçirəcəklər

2024-06-03 18:50:45

Polşa fermerləri Ukrayna ilə sərhəd məntəqəsinin qarşısında aksiya keçirəcəklər

Hurriyyet.az xəbər verir ki, Polşa fermerləri çərşənbə axşamı günü Ukrayna ilə sərhəddə yerləşən "Rava-Russkaya-Qrebyonnoye" buraxılış məntəqəsində yük maşınlarının hərəkətini əngəlləməyi planlaşdırırlar. Bu barədə məlumatı Ukraynanın Dövlət Gömrük Xidməti verib.  Xidmətin "Teleqram" kanalındakı açıqlamasında deyilir: "Polşa fermerləri iyunun 4-də saat 10.00-dan iyunun 6-sı günün ikinci yarısına qədər "Rava-Russkaya-Qrebyonnoye" buraxılış məntəqəsində yük maşınlarının hərəkətini əngəlləməyi planlaşdırırlar".
Hürr Tərcüman