📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa klubu Azərbaycan millisinin üzvünə "elçi düşdü" - ÖZƏL

2023-04-11 20:12:00

Polşa klubu Azərbaycan millisinin üzvünə

Azərbaycan millisinin və "Sabah" klubunun yarımmüdafiəçisi Elvin Camalov Polşa klubuna keçə bilər.

28 yaşlı futbolçu Ekstraklasa təmsilçisi "Poqon"dan təklif alıb.

Bununla yanaşı, Polşa çempionatında mübarizə aparan daha iki klub Camalovun xidmətində maraqlıdır.

Qeyd edək ki, təcrübəli futbolçunun "bayquşlar"la müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda bitir.

Əlavə edək ki, indiyədək Azərbaycan yığmasının daha iki üzvü - Mahir Emreli ("Legiya") və Anton Krivotsyuk ("Visla Plotsk") Polşa çempionatında çıxış edib. \\Offsideplus.az