📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa ordusu ikiqat böyüyəcək – “Vaqner”in Belarusa köçməsi yeni təhdidlər yaradır

2023-07-28 13:57:00

Polşa ordusu ikiqat böyüyəcək – “Vaqner”in Belarusa köçməsi yeni təhdidlər yaradır

Hurriyyet.az Polşa radiosuna istinadla xəbər verir ki, Polşanın Baş nazirinin müavini Yaroslav Kaçinski Belarusa cəmlənmiş Rusiya ordusu və “Vaqner” özəl hərbi şirkətinin hərbçilərinin fəallaşması fonunda ölkənin ordusunun kadrlı əməkdaşlarının sayının demək olar iki iki dəfə artırılmasının planlaşdırıldığını bildirib.

Kaçinskinin sözlərinə görə, ölkədə diviziyaların sayı 3-dən 7-yə çatdırılacaq.

Baş nazirin müavini qeyd edib ki, Varşava NATO-nun şərq cinahının qalxanına çevrilmək üçün Avropanın ən güclü quru qoşunlarını yaratmağa çalışır.

Yaroslav Kaçinski Polşanın hakim “Hüquq və Ədalət” partiyasının rəhbəridir. Onun əkiz qardaşı Lex Kaçinski Polşa Prezidenti (2005-2010) olub. 2010-cu ilin aprelində Lex Kaçinskinin xanımı ilə birlikdə mindiyi Tu-154 təyyarəsi Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Lex Kaçinski və 95 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasını araşdıran polşalı təhqiqatçılar Rusiya hava yolları nəzarətçisi təyyarə pilotlarına yalnış istiqamət verdiyini aşkar etsələr də, Rusiya tərəfi məsuliyyəti öz üzərinə götürməmişdi.

Hürr Tərcüman