📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa ordusunu doldurmaq üçün ehtiyat hərbçilər hazırlayır

2024-06-27 12:49:24

Polşa ordusunu doldurmaq üçün ehtiyat hərbçilər hazırlayır

Polşa ordusu mülki vətəndaşları Rusiya ilə ehtimal edilən hərbi münaqişəyə hazırlamaq üçün “Ordu ilə bayram tətilləri” proqramını işə salıb. Bu barədə “Associated Press” yazır.

Agentliyin məlumatına görə, proqramın əsas məqsədi hazırda 198 minə yaxın hərbçisi olan Polşa ordusunu doldurmaqdır.

“Tətillər” yayda bütün Polşada 70 yerdə, o cümlədən Rusiya və Belarus sərhəddi yaxınlığında keçirilir. Proqramda iştirak etmək üçün 18-35 yaş arası şəxslər qeydiyyatdan keçə bilər. Təlim məzuniyyətsiz 28 gün davam edir və əvəzində 6 min zloti (1,5 min dollar) ödənilir. Belə bir kursdan sonra ehtiyata daxil edilən təlimçi ya gedə və ya ərazi müdafiəsində xidmətini davam etdirə bilər.

“Ordu mümkün qədər çox vətəndaş yetişdirmək istəyir. Şərqdən gələn təhlükəni hamı bilir”, deyə polkovnik Pavel Galazka bildirib.

Bundan əvvəl “Financial Times” Avropa NATO ölkələrində canlı hərbi qüvvədə çatışmazlıqlar barədə məlumat vermişdi. Hərbi analitiklərin fikrincə, Rusiya ilə müharibə olacağı təqdirdə, "kağız üzərində" cəmi 1,9 milyon hərbi qulluqçu olsa da, 300 mindən çox insanı cəbhəyə göndərə bilməyəcəklər.

Ülviyyə, Hurriyyet.az