📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa öz ölkəsini ABŞ əsgərlərini daimi kazarmasına çevirmək istəyir

2022-02-04 00:24:00

Polşa öz ölkəsini ABŞ əsgərlərini daimi kazarmasına çevirmək istəyir

Polşa ABŞ-ın bu ölkədə yerləşdirdiyi əsgərlərinin müvəqqəti yox, daimi qalmasını istəyir.
 
Polşanın Xarici İşlər naziri Zbiqnev Rau bu məqsədlə Vaşinqtona gedəcək.
 
Nazir planlaşdırılan Vaşinqton səfərində həmçinin Rusiyaya qarşı sanksiyaları müzakirə masasına yatırmaq niyyətindədir.
 
Qeyd edək ki, Pentaqon bir neçə gün əvvəl Şərqi Avropaya əlavə 3000 əsgər göndərəcəyini açıqlamışdı. Əlavə əsgəri gücün müvəqqəti rotasiya qaydasında bölgədə xidmət edəcəyi bildirilir. Həmin əsgərlərdən 1700-ü Polşada yerləşdiriləcək. ABŞ-ın hazırda Şərqi Avropada 8500 əsgəri mövcuddur. Əlavə qüvvələrlə onların sayı 12500-ə çıxarılacaq. Bundan əlavə Almaniyada 10 minə yaxın ABŞ əsgəri mövcuddur. \\Ovqat.com