📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa qüvvələrini Belarusla sərhədə yönəltdi – “Vaqner” yeni cəbhə aça bilər

2023-07-21 13:42:00

Polşa qüvvələrini Belarusla sərhədə yönəltdi –  “Vaqner” yeni cəbhə aça bilər

Hurriyyet.az xəbər verir ki, Polşanın Müdafiə Nazirliyi hərbçilərini ölkənin qərb hissəsindən şərqə - Belarusla sərhədə doğru yönəltməyi qərara alıb. Buna səbəb Rusiyanı tərk eləmiş muzdluların Belarus sərhədində təlim keçmək planları ilə bağlı yayılan məlumat olub.

Bu barədə məlumatı Polşa Hökumətinin Təhlükəsizlik Komitəsinin təmsilçisi Zbiqnev Hoffman mətbuata açıqlamasında verib. Polşa rəhbərliyi Belarus ordusunun “Vaqner” özəl hərbi şirkətinin muzdluları ilə birlikdə Polşa sərhədində birgə manevrlər eləməsini aşkar təxribat hesab edir.

Hürr Tərcüman