Polşa rəsmisi Bakı ilə İrəvan arasında...
Məlum olduğu kimi, Polşanın XİN naziri Zbiqnev Rau Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra İrəvana yola düşdü. Hazırda Polşa rəsmisinin İrəvanda Ermənistanın XİN naziri Ararat Mirzoyan ilə görüşü başlayıb.
Erməni mediasında verilən xəbərlərə görə, gündəlikdə iki əsas məsələ var:
1. Ermənistan və Azərbaycan arasında “sülh müqaviləsi”nin imzalanması.
2. Bir sıra ATƏT-ə üzv dövlətlərin, məsələn, Polşa və Litvanın vasitəçilik rolu ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi.
P.S. Ukraynada müharibə fonunda Polşa ilə Litvanın ABŞ-ın mövqeyinin təmsilçisi kimi çıxış etməsini nəzərə alsaq dolayısı ilə Bakı və İrəvan arasında da Polşanın aktiv rol almasını Vaşinqtonun mövqeyinin ifadəsi kimi anlamaq olar.
Ülviyyə, Hurriyyet.az