📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa Rusiya hökumətini “terrorçu rejim” kimi tanıyıb

2022-10-27 14:27:00

Polşa Rusiya hökumətini “terrorçu rejim” kimi tanıyıb

Hurriyyet.az xəbər verir ki, Polşa Senatı Rusiya Federasiyasının hakim rejimini terror rejimi kimi tanıyıb. Qətnamə parlamentdə yekdilliklə – 85 səslə qəbul olunub.

Qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzü pislənir və belə bir çağırış edilir: “Sülh, demokratiya və insan hüquqlarının tərəfdarı olan ütün ölkələr RF hakimiyyətini terrorçu rejim kimi tanımalıdırlar”.

Sənəddə deyilir ki, Rusiya Ukraynanı, “bu suveren ölkəni yür üzündən silmək və onun xalqını məhv eləmək niyyəti ilə” amansız müharibə aparır.

“Rusiya mündiri geyinmiş quldurlar işğal edilmiş ərazilərdə hərbçilərə və dinc sakinlərə işgəncə verib onları öldürürlər, ukraynalı uşaqları oğurlayırlar, ukraynalıları deportasiya edir və köçürürlər”.

Xatırladaq ki, bu ayın ortasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.

Hürr Tərcüman