Polşa Rusiya ilə sərhədə elektron hasar çəkəcək
2022-10-07 16:04:00
Hurriyyet.az xəbər verir ki, Polşa Rusiya ilə sərhədə “elektron hasar” çəkəcək. Ölkənin Müdafiə nazirinin müavini Maçey Vonsikin sözlərinə görə, söhbət xüsusi vericilərdən, teplovizorlardan və kameralardan gedir: “Sərhəd Xidməti Kalininqrad vilayətindən bu tərəfə bütün sərhəd boyunca perimetrik hasar çəkilməsi üçün yeni avadanlıqlar alıb. Qısa müddət ərzində elektron hasar çəkilməsi üçün gələn ilin büdcəsində lazımi vəsait ayrılıb. Bu, sərhəd müşahidəsini gücləndirmək üçündür”.
Hürr Tərcüman