Polşa-Rusiya sərhədində tikinti başlanıb
2023-04-18 16:35:00
Hurriyyet.az xəbər verir ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində “müasir dövrdə görünməmiş” elektron hasarın tikintisinə başlayıb. Bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib. Nazir deyib: “Bu gün Polşa-Rusiya sərhədində elektron hasarın tikintisi ilə bağlı torpaq işlərinə başlanılıb”.
Kaminskinin sözlərinə görə, "bu, indiyə qədər görünməmiş bir ən müasir sipər olacaq", çünki ona "çoxlu gecə-gündüz görmə kameraları, habelə Rusiya ilə sərhəddə baş verənlərin tam monitorinqi” daxil olacaq.
Hürr Tərcüman