📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa səfiri Gürcüstan XİN-ə çağırıldı

2023-07-17 11:01:00

Polşa səfiri Gürcüstan XİN-ə çağırıldı

Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Qeyd olunur ki, dilpomatın çağırılmasına səbəb eks-prezident Mixail Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasındakı insidentlə bağlıdır.

Gürcü tərəfinin məlumatına görə, polşalı həkim ayaqqabının içində Saakaşvilidən götürülmüş analiz nümunəsini xəstəxanadan gizli çıxarmaq istəyirmiş.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hadisəni “biabırçı” adlandırıb: “Polşa hakimiyyəti izahat verməlidir”.