Polşa Senatının spikerini öldürməyə CƏHD ETDİLƏR
2021-11-20 22:13:00
Polşa parlamentinin yuxarı palatasının (Senat) spikeri Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib.
Bu barədə spiker özünün tviter səhifəsində məlumat yayıb.
Qrodzki bildirib ki, bağlamada olan partlayıcı maddələr müvafiq orqanlar tərəfindən zərərsizləşdirilib.
Hazırda bağlamanın kim tərəfindən göndərildiyi araşdırılır. \\Report