📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polşa silahlanır – “Bayraktar” da alıb

2023-08-15 15:07:00

Polşa silahlanır – “Bayraktar” da alıb

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Polşa İsveçdən uzaq radiolokasiya avadanlığına malik Saab 340 AEW təyyarələri, Türkiyədən isə “Bayraktar TB2” dronları alıb. Bu barədə məlumatı Polşanın Silahlanma Agentliyinin mətbuat katibi Qjeqoj Polyak PAP agentliyinə müsahibəsində verib. Həmçinin, yaxın zamanda aerostatların alınması ilə bağlı müqavilə imzalanacaq.

Polyak 2027-ci ildə Polşa donanmasının “Delfin” radioelektron kəşfiyyat gəmisinə sahib olacağını da söyləyib: “Bu, radiolokasiya kəşfiyyatı aparmağa qabil olan növbəti gəmidir. Nəticədə dəniz sərhədlərimiz tam qorunmuş olacaqdır”.

Qeyd edək ki, Polşa Türkiyədən “Bayraktar” dronları alan ilk NATO ölkəsidir.

Hürr Tərcüman

Royal Thai Air Force Saab 340 AEW | Thai Military and Asian Region